Su-57 təlim uçuşu zamanı qəza edib

Su-57 qırıcısı

Rusiya rəsmiləri Su-57 qırıcısının təlim uçuşu zamanı qəza etdiyini bildirir. Pilot təhlükəsiz şəkildə təyyarədən çıxa bilib, qəza yerinə elə bir ziyan dəyməyib.

Su-57 ölkənin Uzaq Şərqində Komsomolsk-Amur yaxınlığında qəzaya düşüb. Bu, Rusiyanın ən qabaqcıl qırıcısı olan Su-57 ilə bağlı ilk itkidir.

Qəzanın səbəbi bəlli deyil. TASS xəbər agentliyi müdafiə sənayesində adını çəkmədiyi mənbələrə əsasən bildirir ki, “ilkin informasiyaya əsasən, qəzaya təyyarənin idarə sistemində texniki problem səbəb olub”.

2010-cu ilin yanvarında ilk uçuşunu etmiş Su-57 radarlarda az görünmə qabiliyyətinə malikdir, mürəkkəb avadanlıq və silahlar daşıya bilir.

Onu Suxoy şirkəti ABŞ-ın F-22 Raptor stels qırıcısına rəqib kimi yaradıb.