Belarusun İstintaq Komitəsi keçmiş daxili işlər naziri Yury Zakharanka-nın yoxa çıxması üzrə cinayət istintaqını təzələyir. Buna gizli polis bölməsinin keçmiş üzvünün nazirin 20 il qabaq guya oğurlanaraq öldürülməsilə bağlı səsləndirdiyi iddialar səbəb olub.
Belarusun insan haqları fəalı Aleh Vouchak AzadAvropa/AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, İstintaq Komitəsi işi "Deutsche Welle” radiosunun yayımladığı müsahibədən iki gün sonra yenidən açıb. Müsahibə 1999-cu ildə Daxili İşlər Nazirliyinin xüsusi bölməsində işləmiş Yury Harauski-dən alınıb. Həmin bölmənin Prezident Alyaksandr Lukashenka-nın siyasi opponentlərini oğurlayaraq öldürdüyü iddia olunur.
Buna da bax: Prezident rəqiblərinin qətllərində iştirak etdiyini deyən şəxs müsahibə veribZakharanka-nı kim güllələyib
Vouchak-ın sözlərinə görə, işin yenidən açılmasına keçmiş polis əməkdaşının “maska arxasında gizlənməməsi”, “böyük ictimai reaksiya” doğurmuş bəyanatlar verməsi səbəb olub.
Harauski müsahibədə deyib ki, onun üzvü olduğu bölmə müxalifət lideri Viktar Hanchar-ı, biznesmen Anatol Krasouski-ni və Zakharanka-nı oğurlayaraq qətlə yetirib.
Onun sözlərinə görə, keçmiş daxili işlər naziri 1999-cu il mayın 7-də oğurlanıb, Belarus paytaxtından kənarda yerləşən hərbi bazaya aparılıb, orada xüsusi bölməyə rəhbərlik edən polkovnik leytenant Dzmitry Paulichenka tərəfindən güllələnib.
Paulichenka isə bildirib ki, keçmiş işçisinin dedikləri “cəfəngiyatdır” və iddia edib ki, Harauski kriminal fəaliyyətinə görə bölmədən çıxarılıb. Başqa bir keçmiş həmkarı isə Harauski-nin içkiylə problem olduğunu iddia edib.
Vouchak-ın fikrincə, Hanchar və Krasouski-nin yoxa çıxmasıyla bağlı cinayət işləri də yenidən açılmalıdır.
Avropa Şurası Parlament Assambleyası 2004-cü ildə belə bir qənaətə gəlib ki, Belarusun yüksək rütbəli vəzifələrinin sözügedən şəxslərin yoxa çıxmasında “əli ola bilər”.