Dekabrın 31-dən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir həftəlik tətil başlayır.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Qərara əsasən, 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 7-nə kimi ölkədə qeyri-iş günüdür. 2020-ci ildə yeni iş həftəsi isə yanvarın 7-dən başlayır.
Nazirlər Kabineti ötən həftənin şənbə və bazar günlərini (dekabrın 28, 29-u) iş günləri siyahısına daxil etmişdi. Həmin günlərin əvəzi isə yeni ildə yanvarın 3-ü (cümə) və 6-sı (birinci gün) istirahət olacaq. Bu da dekabrın 31-dən yanvarın 7-nə kimi tam bir həftənin tətilə ayrılmasına imkan yaradıb.