Microsoft 50 vebsaytı hakerlərdən alır

İllüstrativ foto

ABŞ-ın Microsoft texnologiya şirkəti dekabrın 30-da bildirib ki, Şimali Koreyanın haker qruplarının istifadə etdiyi 50 veb domeni geri almaq üçün məhkəməni udub. Haker qruplarının həmin domenlərdən hökumət işçilərinə, beyin mərkəzlərinə, universitet işçilərinə və digərlərinə kiberhücumlarda istifadə etdiyi bildirilir.

Thallium” adlı qrupun “dövlət səviyyəsində qrup” olduğu vurğulanır. Microsoft-un müştəri təhlükəsizliyi və etimadı üzrə vitse-prezidenti Tom Burt deyib.

Hədəflər isə əsasən Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreyada yerləşdiyi, “dünyada sülh və insan haqları, nüvə silahlarının yayılması məsələləri üzərində işləyən fərdlərdən” ibarət olduğu bildirilir, Burt belə deyib.

Thallium həssas informasiya oğurlamaq məqsədilə Microsoft müştərilərinin hesab və şəbəkələrini qırdığı qeyd olunur. Şirkət məhkəmə iddiasında belə deyir.

Şimali Koreyadan hakerlərin azından 2010-cu ildən aktiv olduğu güman edilir.

Thallium Microsoft-un məhkəmə iddiası qaldırdığı dördüncü hökumətin dəstəklədiyi haker qrupudur. Daha öncə Çindən fəaliyyət göstərən Barium, Rusiyadan Strontium, İrandan Phosphorus qruplarına qarşı oxşar tədbir görülüb. Microsoft Phosphorus-dan 99, Strontium-dan 91 domen ala bilib.