Yeni il girəndən Monteneqroda dini əmlak qanununa etirazlar davam edib. Serbiya Pravoslav Kilsəsi və Rusiya bu qanuna qarşı çıxır.
Bir neçə min etirazçı yanvarın 1-də paytaxt Podqoritsada yürüş keçirib. Onların fikrincə, dini inanc haqda qalmaqallı qanun dövlətə Serbiya Pravoslav Kilsəsinin əmlakını müsadirə etmək imkanı verir.
Monteneqro hökuməti isə bu iddiaları rədd edir.
Qanunvericilik dini icmalardan tələb edir ki, 1918-ci ildən qabağa aid mülkiyyət üzərində sahibliyə dəlil göstərsinlər. Həmin il Monteneqro Serbiyanın rəhbərlik etdiyi Balkan krallığına qoşulub və müstəqilliyini itirib.
Prezident Milo Djukanovic qanunu dekabrın 28-də imzalayıb. Sənədin parlamentdə qəbulu zamanı qalmaqal yaşanmışdı, müxalifətdən olan deputatlar parlamentdən zorla çıxarılmışdılar.