Prezident İlham Əliyev bu gün, yanvarın 7-də Vüqar Əhmədovun «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının başqa bir sərəncamı ilə o, bu qurumun sədri təyin edilib.
2018-ci il sentyabrın 4-nə kimi bu quruma Balababa Rzayev rəhbərlik edib. 2018-ci il sentyabrın 4-də o, «Azərenerji» ASC-yə prezident təyin olunub.
«Azərişıq» ASC-nin sədri vəzifəsini elə V.Əhmədov icra edirdi.