Mindən çox şəxs Avropadan geri qaytarılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanlı miqrantların deportasiya olunmasına münasibətiniz necədir

2014-cü ildən indiyə kimi Avropa ölkələrindən Azərbaycana 1445 nəfər geri qaytarılıb.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin yekunlarına dair bu gün, yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 2019-cu ildə 457 readmissiya olub, amma 2018-ci ildə bu say 464 nəfər təşkil edib.

Xidmət rəisi bildirib ki, ölkəyə qaytarılan şəxslərin çoxu Almaniyaya mühacirət etmiş Azərbaycan vətəndaşları olublar. Bu sırada Avstriya, Fransa, İsveç və Belçikadan da geri qaytarılan Azərbaycan vətəndaşları var.

Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz ölkəsinə və ya tranzit kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.

Avropa Birliyi ilə Azərbaycan arasında readmissiya ilə bağlı saziş 2014-cü ildə imzalanıb.