İlham Əliyev Davosa gedib

İ.Əliyev Davosda

Yanvarın 20-də prezident İlham Əliyev Dünya İqtisadi Forumunun (WEF) illik toplantısında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

AZƏRAC-ın məlumatına görə, prezident elə həmin gün Davosda bir sıra bank və şirkət rəhbərləri ilə görüşlər keçirib.

Bu il yanvarın 21-24-ü arasında keçiriləcək Forum sayca 50-cidir. Məlumata görə, təxminən 100 ölkədən 2000-dən çox şəxsin iştirak edəcəyi «Birgə və davamlı dünyanın maraqlı tərəfləri» mövzusunda keçiriləcək forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas təşkil olunacaq.

Dünya İqtisadi Forumunda 50-dən çox ölkə prezident və baş Nazir səviyyəsində təmsil edilməlidir.

Xatırlatma

Bu Forum 1971-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab tərəfindən qurulub. 1987-ci ildən Dünya İqtisadi Forumu adlandırılır. Siyasi liderlər Foruma ilk dəfə 1974-cü ildə dəvət ediliblər.

Forumda dünyadakı iqtisadi vəziyyət, dövlətlər arasındakı işgüzar iqtisadi əlaqələr və başqa məsələlər müzakirə edilir.