Nur-Sultanda fövqəladə vəziyyət elan olunub

Qazaxıstan, arxiv fotosu

Qazaxıstan paytaxtı Nur-Sultanda güclü tufan səbəbindən fövqəladə vəziyyət elan olunub. Şiddətli qar, külək şəhəri iflic edib.

Yanvarın 27-də Nur-Sultanda nəqliyyat kəsilib, bütün məktəblər bağlanıb.

Nur-Sultan Beynəlxalq Aeroportunun sözçüsü Zhenis Akhmetzhanov jurnalistlərə deyib ki, təhlükəsizliyə görə bütün uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb.

Şəhərin fövqəladə xidməti sakinləri fövqəladə vəziyyət qaldırılmayınca paytaxtı tərk etməməyə çağırıb.

Qış çovğunlarından dolayı bu Orta Asiya ölkəsində onlarla magistral yol bağlanıb.