ABŞ-Meksika sərhədində ən uzun qaçaqçılıq tuneli aşkarlanıb

ABŞ-Meksika sərhədində braziliyalı miqrantlar

Birləşmiş Ştatların hüquq-mühafizə əməkdaşları Meksikayla sərhəddə ən uzun qaçaqçılıq tuneli aşkarladıqlarını bildirirlər. Cənub-qərb sərhədi boyunca çəkilmiş tunelin uzunluğu 1,3 kilometrdir.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi yanvarın 29-da bildirib ki, tunel Meksikanın Tijuana şəhərində kiçik sənaye sahəsindən Birləşmiş Ştatlarda San Dieqoya qədər uzanır.

Sərhəd Mühafizəsi əməkdaşı Lance LeNoir tuneldə geniş drezina sistemi, hava ventilyasiyası, yüksək voltlu elektrik kabelləri və panelləri, girişdə lifti və kanalizasiya sistemi var.

“Heç vaxt onların bu qədər uzağa gedə biləcəyini düşünməzdik. Bizi təəccübləndirməkdə davam edirlər”, – o deyib.

ABŞ rəsmiləri bildirirlər ki, bu haqda ilk informasiya avqustda alınıb. Meksika hakimiyyəti tunelin girişini müəyyənləşdirəndən sonra San Dieqo tərəfi ilə işləməyə başlayıb. Sərhəd xidməti tunelin fotosunu vebsaytda yerləşdirib.

Tunelin uzunluğu 1313 metrdir. Bundan öncə 2014-cü ildə San Dieqoda 904 metr uzunluqda tunel aşkarlanmışdı. Yeni tunelin hündürlüyü 1,68 metr, eni 0,61 metrdir, yer səthindən 21,3 metr dərinlikdə yerləşir.