ABŞ-ın dövlət katibi Mike Pompeo Kiyevdə Ukrayna Prezidenti Volodymyr Zelenskiy və digər rəsmilərlə görüşəcək. O, səfər çərçivəsində Belarus, Qazaxıstan və Özbəkistana da baş çəkməlidir.
Yanvarın 30-da gerçəkləşən Kiyev səfəri Senatda Prezident Donald Trump-ın impiçment mühakiməsi ilə eyni vaxta təsadüf edir. Demokratlar Trump-ın Ukraynaya təzyiq göstərməklə vəzifə səlahiyyətini aşdığını deyirlər. Onun ukraynalı həmkarı Zelenskiy-dən siyasi rəqibinə qarşı araşdırma başlatmağı istədiyi, bu gerçəkləşənədək Kiyevə hərbi yardımı yubatdığı bildirilir.
Bir neçə gün öncə isə Pompeo-nun NPR jurnalistinin sualına qəzəblə “Səncə, Ukrayna amerikalıların çox vecinədir?” dediyi bildirilir.
Ukrayna ABŞ-ın hərbi və siyasi dəstəyindən çox asılıdır. Ona Avropa ölkələri də yardım göstərir.
2014-cü ildən Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsində 13 mindən çox adam öldürülüb. Rusiya həmin il Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra separatçıları dəstəkləməyə başlayıb.