Mərkəzi Bank uçot dərəcəsini endirib

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 7.50 faizdən 7.25 faizə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

Faiz dəhlizinin parametrlərinin aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1.75 faizlik diapazonda müəyyənləşdirilib.

Qərar bu gün, yanvarın 31-dən etibarən qüvvəyə minib.

Bundan əvvəl, ötən il dekabrın 13-də AMB uçot dərəcəsinin 7.75-dən 7.50 faizə endirilməsi haqda qərar qəbul etmişdi.

Azərbaycanda uçot dәrәcәsi 2019-cu ildə mərhələlərlə 9.75-dən 7.50 faizə endirilib.