YAP seçki fonduna daxil olan vəsaiti açıqladı

YAP tərəfdarları. 2013

Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkiləri ilə bağlı xüsusi seçki fonduna daxil olan vəsaitin həcmini açıqlayıb.

Fiziki şəxslərin könüllü ianəsi hesabına YAP-ın xüsusi seçki fonduna 453 min 300 manat toplandığı bildirilir. Bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat yerləşdirilib.

YAP-ın seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı 200 nəfərdir.

Fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.