ABŞ Dövlət katibi Mike Pompeo Taliban silahlı qruplaşmasından tələb edir ki, sülh sazişi imzalamazdan öncə Əfqanıstanda zorakılığı azaldacağına “dəlil ortaya qoysun”. Belə bir saziş Amerika əsgərlərinin ölkədən çıxarılmasını da nəzərdə tutmalıdır.
Pompeo fevralın 3-də Özbəkistanda mətbuat konfransında deyib ki, saziş yaxındır, amma əvvəl də yaxın olub, di gəl, Taliban sülhə ciddi yanaşdığı sübut edə bilmədiyindən iflasa uğrayıb.
“Biz sülh və barışıq planı üzərində işləyirik, vergülləri düzgün yerdə qoyur, cümlələri düz qururuq. Daha əvvəl bir dəfə razılaşmaya yaxın idik: qarşılıqlı hazırladığımız sənəd vardı, Taliban zorakılığı azaltmaq qətiyyəti, yaxud qabiliyyətini, yaxud hər ikisini ortaya qoya bilmədi”, – Pompeo deyib.
“Beləliklə, indi tələb edirik, zorakılığı azaldacağına, təhdidi aradan qaldıracağına qətiyyət və qabiliyyətini ortaya qoysun və əfqandaxili danışıqlar daha az zorakı mahiyyət daşısın. Buna nail olacağımıza ümid edirik, ancaq hələlik, nail olmamışıq, görüləsi iş qalır”, – dövlət katibi vurğulayıb.
Bu bəyanatdan iki gün öncə ABŞ-ın sülh elçisi Zalmay Khalilzad Kabilə səfəri zamanı Əfqanıstan Prezidenti Asraf Ghani-yə deyib ki, Talibanla danışıqlarda “diqqətçəkən irəliləyiş” əldə olunmayıb.