Qazaxıstan qonşusu Çinə qoruyucu maska ixracını qadağan edib. Çində koronovirusun yayılmasından sonra bu ölkəyə Qazaxıstandan maska satışı artmışdı.
Çinlə 1800 km-lik sərhədi olan Qazaxıstanda koronovirus aşkarlanmayıb, amma onlarla adam karantinə alınaraq müayinə olunub.
“Bəzi istehsalçı və distributorların qeyri-etik davrandığını qeyd etmək istərdik. Onlar Çinə məhsul satıblar”, – səhiyyə nazirliyinin sözçüsü fevralın 6-da mediaya deyib.
Onun sözlərinə görə, hökumət artan tələbatı ödəmək məqsədilə maska idxalını təmin etməyə çalışır.
Virusdan Çində 563 nəfər dünyasını dəyişib, 28 mindən çox adam yoluxub.
Çindən kənarda iki nəfər virusdan həyatını itirib – Honq Konq və Filippində.