“Bal ölkəsi” Oskar ala bilmədi

Tamara Kotevska (solda) və Ljubomir Stefanov

Şimali Makedoniyanın yaşam və təbiət haqda güclü hekayət nəql edən “Bal ölkəsi” (“Honeyland”) filmi fevralın 9-da Oskar mükafatına yiyələnə bilməyib. Film iki nominasiya üzrə mükafata təqdim olunmuşdu.

Sənədli film kateqoriyasında o, Barack və Michelle Obama-nın studiya kampaniyasının ilk filmi olan “American Factory”yə uduzub. Netflix istehsalı olan filmdə Ohayoda çinli investor tərəfindən idarə olunan şüşə zavodundan söz açılır, fəhlə hüquqları, qloballaşma, avtomatlaşdırma kimi məsələlərdən danışılır.

“Bal ölkəsi”, Şimali Makedoniyadan olan yaradıcıları – Tamara KotevskaLjubomir Stefanov ilə birlikdə artıq 30-dək beynəlxalq mükafatı ya qazanıb, ya da namizədliyi verilib. Ötən ilki “Sundance” Film Festivalında 3 mükafata layiq görülüb.

“Bal ölkəsi” beynəlxalq film kateqoriyasında isə “Parazit” filminə uduzub. Bu sosial satiranın rejissoru Cənubi Koreyadan Bong Joon Ho-dur.

“Bal ölkəsi” eyni zamanda həm sənədli, həm də beynəlxalq film kateqoriyalarına təqdim olunan ilk ekran işidir.