İrana neft sanksiyalarını pozmaqda şübhəli 5 nəfər saxlanıb

Hörmüz boğazında neft tankeri, arxiv fotosu

Fevralın 11-də ABŞ-da İranın sanksiya altında olan neftini Çində emal zavoduna satmağı planlaşdırdırmaqda şübhəli bilinən 5 nəfər saxlanıb. Məlumatı ABŞ Ədliyyə Departamenti yayıb.

Şübhəlilərdən dördü Texasda, biri Nyu Yorkdadır, hər biri əlbirlik və Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını (IEEPA) pozmaqda ittiham olunur.

İttihama görə, 2019-cu ilin iyulundan 2020-ci ilin fevralınadək dörd təqsirlndirilən – Nicholas Hovan, James Fuchs, Robert ThwaitesDaniel Ray Lane Filadelfiya və başqa yerlərdə nefti alaraq Zhenyu Wang-ın təmsil etdiyi Çin şirkətinə satmağı planlaşdırıblar.

Lane-nin öz şirkəti vasitəsilə pul yumağı təklif etdiyi bildirilir. Şübhəlilər qanunsuz nefti Polşa saxta şirkəti vasitəsilə satmağa razılaşıblar, ittihamda bildirilir.

Lane Texasa mənzillənən STACK Royalties şirkətinin prezidentidir. Bu şirkət neft və qaz hüquqlarını investisiya fondlarına və birbaşa investisiya şirkətlərinə satır.