Berdymukhammedov təhlükəsizlik nazirini işdən çıxarır

Yaylym Berdiev (sağda)

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov Milli Təhlükəsizlik naziri Yaylym Berdiev-i işdən çıxarıb. Bir ay qabaq o, naziri zəif işlədiyinə görə tənqid etmişdi.

Fevralın 13-də ölkənin dövlət media orqanları xəbər veriblər ki, Polkovnik Gurbanmyrat Annaev yeni Milli Təhlükəsizlik naziri təyin olunub.

Yanvarın 22-də Berdymukhammedov Berdiev-i “son xəbərdarlıqla sərt tənbeh” etmişdi, media orqanları bunu nazirin “öz vəzifəsini adekvat yerinə yetirməməsi” ilə əsaslandırmışdı. Prezident Berdiev-in dərəcəsini general polkovnikdən general mayora salmışdı.

Buna da bax: Türkmənistanda məmurların saçı prezidentin saçından asılıdır

Onda Berdymukhammedov Berdiev-i Dövlət Təhlükəsizlik Şurasının katibi vəzifəsindən də kənarlaşdırmışdı.

Prezident Berdiev-i noyabrda da “səhvlərə” görə açıq tənbeh etmişdi. O zaman homoseksual türkmən həkimin dedikləri beynəlxalq rezonans doğurmuşdu. O, AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsindən sonra ailə üzvləri ilə birlikdə təzyiqə məruz qaldığını deyirdi. Həmin müsahibəsində mühafizəkar cəmiyyətdə homoseksual kimi əziyyətlərindən danışırdı.
https://www.rferl.org/a/gay-turkmen-doctor-who-vanished-after-coming-out-suddenly-back-home/30256870.html

Berdymukhammedov Türkmənistanı sələfi, 2006-cı ilin dekabrında dünyasını dəyişmiş Saparmurat Niyazov-un ölümündən bəri idarə edir.