ABŞ-ın Florida ştatının Mayami ərazisində Meksika vətəndaşı həbs olunub, Rusiya hökumət rəsmisi üçün işləməkdə şübhəli bilinir. Onun “ABŞ hökuməti mənbəsi”nə məxsus maşını izlədiyi və rusiyalıya onun yeri barədə informasiya verdiyi bildirilir.
Ədliyyə Departamenti fevralın 18-də Hector Alejandro Cabrera Fuentes-in həbsi haqda bəyanat yayıb. Ancaq Rusiya hökumət üzvünün sözügedən avtomobilin fiziki yeri, lisenziya nömrəsini niyə bilmək istəməsi barədə bir söz deyilmir.
ABŞ hökumətində hansı mənbədən söhbət getdiyi də açıqlanmır.
Fuentes-in 2019-cu ildə əməkdaşlığa cəlb olunduğu, iki dəfə, sonuncu dəfə bu ay Moskvaya uçaraq rəsmiylə görüşdüyü bildirilir. Ədliyyə Departamenti belə deyir.
İddiaya görə, Meksika vətəndaşı Mayami ərazisində öz adına olmayan əmlak icarəyə götürüb, aprel, yaxud mayda Rusiya rəsmisinə avtomobilin yeri haqda əldə etdiklərini göndərməliydi. O və həyat yoldaşı fevralın 14-də ABŞ mənbəsinin yaşadığı yerdə təhlükəsizlik əməkdaşının diqqətini çəkibmiş, kirayə götürülmüş avtomobildə başqa bir avtomobilin arxasınca əraziyə giriblər. Onlardan biri mənbənin avtomobilinin şəkini çəkə bilib.
ABŞ Gömrük və Sərhəd Mühafizəsinin daha sonra aşkarlamasına görə, bu foto avtomobilin lisenziya nömrəsiylə birlikdə Fuentes-in mobil telefonunda olub və partnyoru tərəfindən şifrlənmiş mesajlaşma tətbiqinə göndərilib.