Ərdoğan Əliyevə təsbeh bağışladı

Görüş zamanı R.T.Ərdoğan İ.Əliyevə təsbeh bağışlayıb

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Fevralın 25-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Türkiyə prezidenti Azərbaycana gəlib

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, R.T.Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak etməlidir.

İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin, əməkdaşlığın daha da inkişafının müzakirə olunacağı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılacağı gözlənir.

İclasda habelə, iki ölkə arasındakı əlaqələrə dair bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.