Türkiyə sərhədləri ‘açacaq’

Ədirnədə sərhədə yol alan miqrantlar, 28 fevral, 2020-ci il

Türkiyə daha Avropaya getmək istəyən qaçqınların üzünə sərhədi bağlamayacaq. Bunu aparıcı rəsmi bu gün – fevralın 28-də “AFP”yə deyib. Bu açıqlamadan öncə Suriyanın şimalına raket zərbələrində 33 türkiyəli əsgər öldürülüb.

“Biz daha Avropaya getmək istəyən qaçqınlar üçün qapıları bağlamayacağıq”, – anonimlik şərtilə danışan rəsmi söyləyib.

Özəl DHA xəbər agentliyinin məlumatına görə, suriyalılar daxil olmaqla 300-dək miqrant artıq Yunanıstanla həmsərhəd Ədirnə vilayətinə gedib. Onların niyyəti Avropaya keçməkdir.

Buna da bax: İdlibdə azı 33 Türkiyə əsgəri öldürülüb – reaksiyalar

Assada “etnik təmizləmə” ittihamı

Miqrantların başqa bir qrupu isə Türkiyənin qərbindəki Çanakkaledə Ayvacık sahillərinə çatıb. Onlar qayıqla Yunanıstanın Lesbos adasına keçmək istəyirlər.

İdlibdə türkiyəli əsgərlərin öldürülməsinə görə Dəməşq günahlandırılır. Prezident Recep Tayyip Erdogan-ın sədrliyi ilə fövqəladə toplantı keçirilib.

Türkiyədə 3,6 milyonadək suriyalı qaçqın yaşayır. Ölkəyə daha çox suriyalının üz tutacağından narahatlıq var. Onsuz da yerli əhalinin onlardan narazılığı getdikcə artmaqdadır.

Buna da bax: Suriyada çox sayda Türkiyə hərbçisi həlak olub, Çavuşoğlu NATO-ya zəng edir

Erdogan-ın mətbuat üzrə əsas köməkçisi Fahrettin Altun tvitlətində Suriya Prezidenti Bashar al-Assad-ı “etnik təmizləmə aparmaqda”, milyonlarla suriyalını İdlibdən çıxarmağa çalışmaqda suçlayıb.

“Bu adamlar Türkiyə və Avropaya keçməyə çalışacaqlar. 4 milyonadək qaçqın saxlayırıq, daha bir milyonu qəbul etməyə imkan və resursumuz yoxdur”, – o yazıb.

Yunanıstan və onun AB-dəki tərəfdaşları da Suriyadan daha bir qaçqın axınından narahatdır. 2015-ci ildə bir milyondan çox suriyalı AB-yə üz tutmuşdu. Sonradan AB Türkiyə ilə qaçqınları buraxmamaqla bağlı razılaşma əldə etdi.