Tacikistanda seçkini hakim partiya udur

Tacikistanda seçki

Martın 1-də Tacikistanda parlament seçkiləri keçirilib. Prezident Emomali Rahmon-un hakim partiyasının seçkidə tam qələbəni təmin edəcəyi gözlənir. Səsverməyə bircə müxalifət partiyası buraxılmışdı.

Beş il qabaq əsas müxalifət təşkilatı olan İslam İntibah Partiyası qadağan olunandan bu, avtoritar Orta Asiya ölkəsində ilk parlament seçkisi idi.

Mərkəzi Seçki Komissiyası seçicilərin 75 faizinin səsverməyə getdiyini, bununla da seçkinin baş tutduğunu açıqlayıb.

Seçkiyə Sosial Demokratik Partiya yeganə müxalif qüvvə olaraq buraxılmışdı. Bu partiya heç vaxt parlamentə düşə bilməyib.

MSK ilkin nəticələrin martın 2-də açıqlanacağını bəyan edib.

Qərb müşahidəçiləri son 20 ildə Tacikistanda keçirilən heç bir seçkini azad və rəqabəti hesab etməyib.