Korrupsiyaya görə fövqəladə iclas keçirirlər

Kiyevdə antikorrupsiya konfransı, arxiv fotosu

Ukrayna Prezidenti Volodymyr Zelenskiy martın 4-də parlamentin xüsusi iclasını çağırıb, hüquq-mühafizə və anti-korrupsiya məsələlərini müzakirə edəcəklər.

Parlamentin spikeri Dmytro Razumkov fevralın 28-də jurnalistlərə deyib ki, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti, Dövlət Təhqiqatlar Bürosu, Milli Anti-Korrupsiya Bürosu və Baş Prokurorluq deputatlar qarşısında hesabat verəcəklər.

O, əlavə açıqlama verməyib.

Apreldə seçkini udmuş Zelenskiy Ukraynada kök salmış korrupsiya ilə mübarizə vəd edib. Bu problem ölkənin iqtisadi artımını ləngidir.

Birləşmiş Ştatlar və Avropa Zelenskiy-ni populyarlığından və parlamentdəki çoxluğundan istifadə edərək korrupsiya ilə mübarizə, oliqarxların nüfuzunun azaldılması üçün islahatlara həvəsləndirir.