Dövlət nüvə şirkətinin keçmiş rəhbəri azadlığa çıxıb

Etirazçılar Mukhtar Dzhakishev-ə azadlıq tələb edirlər, arxiv fotosu

Martın 3-də Qazaxıstanda məhkəmə dövlət nüvə şirkətinin keçmiş rəhbəri Mukhtar Dzhakishev-i azadlığa buraxıb. O, 2010-cu ildə korrupsiya ittihamları üzrə təqsirli bilinmişdi və çoxları bu işi siyasi motivli sayırdı.

Dzhakishev 14 illik cəzanın 11 ilini çəkib. Ailəsi və tərəfdarları səhhətinə görə onun buraxılmasına çağırırdı.

Martın 3-də Semey şəhərində keçirilən məhkəmə prosesini Dzhakishev-in qohumları canlı yayınlayıb.

Dzhakishev Kazatomprom-a 2000-ci illərin əvvəllərində sürətli artım vaxtı başçılıq edib. Onun dostu, hazırda müxalifətdə olan siyasətçi Mukhtar Ablyazov-un ovaxtkı prezident Nursultan Nazarbaev-lə münasibətləri pisləşəndən sonra dərhal həbs olunub. Ablyazov ölkədən qaçıb, Nazarbaev hökumətini onun aktivlərini qanunsuz müsadirə etməkdə suçlayıb.

Qazaxıstan hökuməti isə Ablyazov və Dzhakishev-ə qarşı ayrı-ayrı cinayət işləri üzrə mənimsəmə ittihamları irəli sürüb.

Ablyazov hazırda Fransada yaşayır, onun Qazaxıstandakı siyasi hərəkatı isə Nazarbaev-ə və onun varisi Qasym-Zhomart Toqaev-ə qarşı etirazlar təşkil edir.