Navalny-nin maliyyə hesabları dondurulub

Aleksei Navalny (sağda) və Ivan Zhdanov

Rusiyanın müxalif siyasətçisi Aleksei Navalny deyir ki, özünün, həyat yoldaşının, övladları və valideynlərinin, eləcə də Antikorrupsiya Fondunun (FBK) maliyyə hesabları heç bir izahat verilmədən dondurulub və məqsəd onu gözdən salmaqdır.

Kremlin sərt tənqidçisi olan Navalny martın 3-də vebsaytında yazıb ki, özünün və ailə üzvlərinin bank hesabları və ödəniş kartları, həmçinin FBK rəhbəri Ivan Zhdanov və onun ailəsinə məxsus hesablar dondurulub.

Navalny-nin sözlərinə görə, Rusiya rəhbərliyi ilə güclü əlaqələri olan milyarder Oleg Deripaska-nın ona qarşı naməlum səbəblərdən məhkəmə iddiası qaldırıb.

Onlayn balans mənfi göstərir

Navalny və Zhdanov deyirlər ki, onların bank hesablarının onlayn balansı mənfi 75,5 milyon rubl (1,130,000 dollar) göstərib.

Navalny Prezident Vladimir Putini vəziyyəti idarə etməkdə suçlayıb, onun və həmkarının hesablarını dondurmaqla Kremlin FBK-nın fəaliyyətini əngəlləməyə çalışdığını söyləyib, həm də rusiyalıların çoxunun ölkənin indiki rəhbərliyindən məyus olduğu bir məqamda.

Navalny və FBK Rusiya məmurlarının dəbdəbəli əmlakı və sərvətini ifşa edən materiallar yayır, onları korrupsiyada suçlayır. Ancaq bu hesabatların heç biri hüquqi təhqiqata yol açmayıb.

İxtisasca hüquqşünas olan Navalny Rusiya siyasətinin ən yüksək səviyyəsində korrupsiyanı dəlillərlə sübut etməyə çalışıb. O, FBK-nı 2011-ci ildə təsis edib.

Ancaq araşdırmalar dövlət fondundan sui-istifadəylə bağlı ictimai narazılığa səbəb olur. 2017-ci ildə FBK-nın Baş nazir Dmitry Medvedev-i sərvətini üzə çıxarması Rusiyada kütləvi yürüşlərə səbəb oldu.