Martın 5-də gecə saatlarında Sumqayıtda yaşayış binasında partlayış olub, xəsarət alanlar var. Bu barədə AZƏRTAC məlumat yayıb.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir. Hadisənin 9-cu mikrorayondakı 71 saylı binanın 33 saylı mənzilində olduğu bildirilir.
Nəticədə 1960-cı il təvəllüdlü Məhyəddin Nuriyevin və həyat yoldaşı Narınc Nuriyevanın müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasına yerləşdirildiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparıldığı deyilir.