Daha 3 nəfər koronavirusa yoluxub

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan İrandan öz vətəndaşlarını çıxara biləcəkmi?

İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ qərargahdan verilən məlumatda belə deyilir.

Həmin şəxslərdən birinin 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfərin isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşı olduğu bildirilir. Hər üçünün də xüsusi rejimli xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Məlumatda pasiyentlərin vəziyyətinin kafi, hərarətlərinin normal olduğu, şikayətləri olmadığı, müalicə edildikləri bildirilir.

Buna qədər Azərbaycanda 3 nəfərin koronavirusa yoluxduğu, bu xəstəlikdən ölən olmadığı bəyan edilmişdi. Beləliklə, Azərbaycanda adıçəkilən infeksiyaya yoluxanların sayı 6 nəfər oldu.

NK yanında yaradılan operativ qərargah indiyə qədər koronavirusa yoluxmuş bütün şəxslərin vəziyyətinin sabit olduğunu, səhhətlərinin ciddi nəzarətdə saxlanıldığını bildirir.