Məhkumlarla görüş dayandırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçmiş məhbus:"Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"

Koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.

Bu barədə Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib. Onun sözlərinə görə, bu, koronavirusa yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə edilib.

M.Sadıqov bildirib ki, Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası 2019-cu ilin sonalarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 min 429-a çatıb. Bunların 55 min 641 nəfəri sağalıb, 3 min 387 nəfəri isə ölüb.

Rəsmi məlumata görə, Azərbaycanda da bu infeksiyaya 6 nəfər yoluxub, onların vəziyyəti sabitdir, bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.