Olimpiya oyunlarının təxirə salınması ‘qaçılmaz’ ola bilər

Tokio, 11 mart, 2020-ci il

Bu yay Tokio Olimpiya Oyunları “tam formada” keçirilə bilməyəcəksə, tədbirin təxirə salınması bir variant kimi nəzərdən keçirilə bilər. Bunu Yaponiyanın Baş naziri Shinzo Abe deyir.

“Vəziyyət çətinləşərsə, oyunları təxirə salmağı nəzərdən keçirə bilərik”, – o, martın 23-də parlamentdə deyib.

İdman federasiyaları, atletlər Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təzyiq göstərirdilər ki, iyulun 24-dən avqustun 9-dan keçirilməsi planlaşdırılan tədbir təxirə salınsın. Səbəb COVID-19 virusunun yaratdığı durumdur. Həftəsonu dünya üzrə bu virusdan ölənlərin sayı 13 mini keçib.

Ancaq Abe deyir ki, oyunları təxirə salmaq nəzərdə tutulmurdu.

BOK Prezidenti Thomas Bach martın 22-də oyunlarla bağlı qərarın “növbəti dörd həftə ərzində” veriləcəyini açıqlayıb.

Kanada Olimpiya Komitəsi martın 22-də BOK-dan oyunları bir illiyə təxirə salmağı xahiş edib. Kanada oyunlar bu yay keçiriləcəyi halda oraya komanda göndərməyəcəyini bildirib.