İranda virusdan ölənlərin sayı 2 minə yaxınlaşır

Hassan Rohani

İran martın 24-də bildirib ki, son 24 saat ərzində yeni koronavirusdan 122 nəfər vəfat edib. Bununla da virusdan ölənlərin sayı 1934 nəfərə çatıb.

Prezident Hassan Rohani isə virusun yayılmasını önləmək məqsədilə hökumət işçilərinin yarısının evdə qaldığını açıqlayıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur dövlət televiziyasında bildirib ki, son 24 saat ərzində daha 1762 nəfər virusa yoluxub və xəstəlik diaqnozu qoyulanların sayı 24 min 811 nəfərə yüksəlib.

İran koronavirusun ən çox yayıldığı ölkələrdəndir.

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, ölənlər arasında Ali dini lider Ayətulla Ali Khamenei-nin qaynanası da var.

Rohani martın 24-də dövlət televiziyasında onu da deyib ki, məhbusların müvəqqəti buraxılması aprelin 18-dək uzadılır.

Martın 9-da İran hakimiyyəti koronavirusa görə 70 minədək məhbusu müvəqqəti evə buraxıb.