Türkiyədə alkoqoldan azı 37 türkmən fəhlə ölüb

İllüstrativ foto

Martın 24-də Türkiyədən gələn xəbərlərdə deyilir ki, Türkmənistandan azı 37 işçi miqrant keyfiyyətsiz alkoqoldan vəfat edib.

AzadAvropa/AzadlıqRadiosunun türkmən xidmətinin məlumatına görə, azı 38 nəfər İstanbulda qanunsuz satılan alkoqoldan içəndən sonra dünyasını dəyişib. Ölənlərin çoxu İstanbuldakı Kilyos Məzarlığında basdırılıb. Məzarlıq işçisinin deməsinə görə, ona basdırmağa daha çox qurban gətiriləcəyi söylənib.

Təzə qazılmış qəbirlərin üzərində ancaq nömrələr olub.

Məlumatlara görə, qurbanların qohumları cəsədləri Türkmənistana apara bilməyiblər, çünki koronavirus pandemiyasına görə beynəlxalq reyslər təxirə salınıb.

AzadlıqRadiosu qurbanların yaxınlarının cəsədlərin aparılmasında bürokratik əngəllərlə üzləşdiyini təsdiqlədib.

İstanbul polisinin bildirməsinə görə, qanunsuz istehsal olunmuş alkoqol satışında şübhəli bilinən azı 11 nəfər həbs olunub.

Türkiyə polisinin şübhəlilərdən keyfiyyətsiz araqla yanaşı silah və sursat da müsadirə etdiyi bildirilir.