Əfqanıstan Prezidenti Ashraf Ghani koronavirusun yayılmasınını önləmək məqsədilə 10 minədək məhbusun azadlığa buraxılması göstərişi verib. Bu fərman daha çox qadınları, gəncləri, ağır xəstələri və yaşı 55-dən yuxarı məhbusları əhatələyir.
Baş prokuror Farid Hamidi martın 26-da Kabildə mətbuat konfransında deyib ki, sözügedən addım “xalqın səhhətini qorumaq üçün məsuliyyətli qərardır”.
Bu arada Əfqanıstan hökuməti Taliban silahlı qruplaşması ilə məhbus mübadiləsi ilə bağlı danışıqlar aparır. Məqsəd ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarından öncə inam yaratmaqdır.
Əfqanıstanda koronavirusa 90 yoluxma, iki ölüm halı açıqlanıb. Amma real rəqəmlər bundan qat-qat yüksək ola bilər. Belə ki, ölkəboyunca testlərin aparılmasına çalışılır, pandemiyanın çox yayıldığı qonşu İrandan da əfqanlar axışıb gəlməkdədir.