AB Dağlıq Qarabağdakı seçkiləri tanımır

Qarabağda "seçkilər".

Avropa Birliyi (AB) bugün, martın 31-də Dağlıq Qarabağ ərazisində keçirilən seçkilərlə bağlı açıqlama yayıb.

Açıqlamada yazılıb ki, Dağlıq Qarabağda qondarma prezident və parlament seçkilərini nəzərə alaraq, AB təkrar bildirir ki, onların keçirildiyi konstitusiya, o cümlədən hüquqi çərçivəni tanımır: «Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz».

AB status-kvodan kənara çıxan tərəqqi və hərtərəfli, davamlı sülh istiqamətində məzmunlu danışıqlar üçün ATƏT-in Minsk qrupunun səylərini qəti şəkildə dəstəklədiyini bir daha xatırladır: «AB Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməyə davam etməyə hazırdır».

Xatırlatma

1988-ci ilə SSRİ-nin tərkibində olan Ermənistanın SSR-nin Azərbaycan SSR-ə ərazi iddialarından sonra Qarabağ münaqişəsi başlayıb. Daha sonra iki respublika arasında silahlı toqquşmalar baş verib. Bu onlar müstəqillik əldə etdikdən sonra da davam edib. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Hazırda bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsilə tənzimlənir. ABŞ, Rusiya və Ermənistan qrupda həmsədr ölkələrdir.