Kosovo Serbiyaya 100 faizlik tarifi qaldırır

Albin Kurti

Kosovo qonşu Serbiyadan məhsullara 100 faizlik tarifi qaldırır, amma Belqrad bunu “saxta xəbər” adlandırır və iddia edir ki, Priştina əslində cəza tədbirlərini gücləndirib.

Aprelin 1-dən Serbiyadan idxal olunan məhsullara görə yalnız “Kosovo konstitusiyası və qanunvericiliyinə uyğun” sənədlər tələb olunacaq, Kosovonun Baş naziri Albin Kurti deyib.

Serbiyayla bütün işlərdə “qarşılılıq” tələb edən Kurti qeyd edib ki, sənədləşmə Serbiyaya gedən məhsullar üçün Belqradın tələblərinə uyğundur.

Bu halda sənədlərdə “Kosovo Respublikası” sözləri də tələb oluna bilər ki, bu, Kosovonun müstəqilliyinin Serbiya tərəfindən de-fakto tanınması demək olar.

100 faizlik tarifin qoyulması Priştinanın Serbiyadan onun suverenliyini tanımaq tələblərindən qaynaqlanır. 2018-ci ilin noyabrından tətbiq olunan tariflər Kurti hökumətini çökdürüb, Kosovonun Qərb havadarlarını qəzəbləndirib.

Serbiya hökumətinin sözçüsü Marko Djuric isə deyib ki, Kurti tarifləri ləğv etməyib. “Saxta xəbərlərə inanmayın”, – o vurğulayıb. Sözçünün deməsinə görə, yalnız vergilər ləğv olunub və bu da şərtidir.

“Bu, gərginliyi azaltmır və vergilərin tətbiqindən əvvəlki duruma qayıdış demək deyil”, – sözçü deyib.