ABŞ Prezidenti Donald Trump deyir ki, Rusiyayla Səudiyyə Ərəbistanı neftin kəskin ucuzlaşmasını müzakirə edirlər və o da danışıqlara qoşulmağı nəzərdən keçirə bilər.
“İki ölkə bunu müzakirə edir və ehtiyac olarsa, mən də uyğun məqamda qoşularam”, – Trump martın 3-də Ağ evdə koronovirus pandemiyası ilə bağlı brifinqdə deyib.
Səudiyyə və Rusiyanın hasilatı azaltmaq üzrə razılığa gələ bilməməsi neftin qiymətində kəskin düşüş yaradıb.
Birləşmiş Ştatlar ötən həftə ər-Riyada təzyiq göstərib ki, hasilatı artırmaq qərarından əl çəksin. Bundan qabaq Moskva hasilatı azaltmağa razılaşmamışdı.
Neftin qiyməti tələbat azaldığından düşür, bu hələ pandemiya yayılmamışdan öncə baş verirdi.
Trump və Rusiya Prezidenti Vladimir Putin martın 30-da telefon zəngində belə bir fikirlə razılaşıblar ki, dünya neft bazarlarında indiki durum tərəflərin heç birinə əl vermir.