Daha iki deputat koronavirusa yoluxub

Bolqarıstan parlamenti

Bolqarıstanda daha iki deputat COVID-19-a yoluxub. Onlardan biri hakim partiyanın lideridir.

Hakim sağ-mərkəzçi GERB partiyasının sədri Daniela Daritkova və partiya üzvü Daniela Maleshkova-da aprelin 2-də COVID-19 xəstəliyinin aşkarlandığı açıqlanıb.

Bir gün öncə deputatların hamısına testdən keçmək tapşırılmışdı, belə ki, bir parlamentaridə koronavirus tapılmışdı.

Sağ mərkəzçi Hüquqlar və Azadlıqlar uğrunda Hərəkatın üzvü Hasan Ademov-da da koronavirus aşkarlanıb. Bolqarıstan Milli Əməliyyatlar qərargahının başçısı General Ventsislav Mutafchiiski aprelin 1-də deyib ki, Ademov xəstəxanadadır.

Üç yoluxma halının qeydə alınmasına baxmayaraq, Milli Assambleya aprelin 3-də iclas keçirərək hökumətin təklif etdiyi dövlət büdcəsi layihəsinə dəyişikliyi müzakirə etməlidir.

Bolqarıstanda indiyədək koronavirusa 457 nəfər yoluxub, onlardan ikisi vəfat edib.

Ölkədə martın 13-dən fövqəladə vəziyyət elan olunub. Məktəblər, mağazaların çoxu bağlanıb. Şəhərlərarası gediş-gəliş, parklara giriş yasaqlanıb. Bütün yerli və xarici səyahətlər qadağan olunub.

Bu tədbirlər aprelin 13-dək qüvvədədir, amma hökumət fövqəladə vəziyyəti mayın 13-dək uzatmağı təklif edib.