Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alınıb

Bişkek, 3 aprel, 2020-ci il

Qırğızıstan COVID-19-dan ilk ölüm haqda rəsmi açıqlama yayıb. Ölkənin cənubundakı Oş regionunda bir kişi koronavirusdan vəfat edib.

Səhiyyə rəsmiləri 61 yaşlı həmin şəxsin xaricdən səfərdən qayıdınca xəstələndiyini və müşahidə altına alındığını bildirir. Onda virus tapılandan sonra xəstəxanaya qəbul edilib.

Yerli rəsmi dəfn zamanı qohumlarının heç birinin orda iştirak etmədiyini deyib.

Ölkədə yoluxma halları 130-a çatıb.

Qonşu Qazaxıstanda Müdafiə naziri Nurlan Ermekbaev aprelin 3-də deyib ki, ehtiyatda olan minlərlə hərbçi koronavirusla mübarizə üçün 3 aylığa səfərbər olunacaq. Bu ölkədə koronavirusa 448 nəfər yoluxub, üçü dünyasını dəyişib.

Özbəkistanda 221 nəfər yoluxan var, iki nəfər vəfat edib.

Tacikistanda və Türkmənistanda rəsmilər indiyədək yoluxma halının aşkarlanmadığını bildirir.