Human Rights Watch (HRW) insan haqları təşkilatı Birləşmiş Ştatları İran iqtisadiyyatına sanksiyaları yüngülləşdirməyə, sanksiyasız məhsullara lisenziyanı genişləndirməyə, koronovirus pandemiyası dövründə humanitar resurslara çıxışı təmin etməyə çağırır.
HRW bu çağırışı aprelin 6-da edib. Bu arada Tehran, bir sıra ölkələr, BMT, ABŞ konqresmenlərin bəziləri də oxşar çağırışlar səsləndirirlər.
ABŞ Prezidenti Donald Trump 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq, sanksiyaları bərpa edib. Bu sanksiyalar İranın neft gəlirlərini kəskin azaldıb, iqtisadiyyatına böyük zərbə vurub.
Trump indi İrana humanitar yardım təklif eləsə də, İran rəsmiləri təklifi rədd edir, bunun əvəzində “ədalətsiz” və “qanunsuz” sanksiyaları qaldırmağı tələb edirlər.
Buna da bax: Koronavirus xəbərləri: ABŞ, Britaniya, Rusiya, İran“Səhiyyə sisteminin yükü artıb”
Bu durum İranın koronavirusla mübarizəsini də çətinləşdirib. İranda virusa 60 mindən çox rəsmi yoluxma qeydə alınıb, 3 min 700-dən çox ölən olub. Bir çox ekspert və tənqidçilər real rəqəmlərin daha yüksək ola biləcəyini deyirlər.
“Ölkənin zəifləmiş səhiyyə sisteminin yükü dramatik şəkildə artıb, sərt bankçılıq məhdudiyyətləri ilə sonuclanan geniş ABŞ iqtisadi sanksiyaları isə ölkənin dərmanlar və tibi avadanlıq daxil olmaqla maliyyə idxalını maliyyələşdirmək bacarığını kəskin azaldıb”, – HRW bəyanatında deyir.
Buna da bax: BMT rəhbərindən ‘qadınları qoruyun’ çağırışıHRW-nın icraçı direktoru Kenneth Roth İranın “qəddar, özünə xidmət edən” hökumətini də tənqid edib, koronavirus riskinə baxmayaraq həbsxanalardan qanunsuz saxlanmış şəxsləri azad etmədiyini deyib.
İran hakimiyyəti pandemiyaya ləng reaksiya verdiyinə görə tənqid olunur. Ekspertlər hakimiyyətin yaydığı rəsmi rəqəmlərə də şübhəylə yanaşırlar.
Aprelin 5-də Prezident Hassan Rohani deyib ki, ayın 11-dən “az riskli iqtisadi sahələr” fəaliyyətini bərpa edəcək. O, hökumət işçilərinin üçdə ikisinin idarələrdən işləməyə başlayacağını açıqlayıb. Prezident “az riskli iqtisadi sahələr” deyəndə nəyi nəzərdə tutduğunu açıqlamayıb.