Nuşirəvan Məhərrəmli vəzifədən getdi

N.Məhərrəmli

Aprelin 6-da Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

""Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq İsmət Səttarov şuranın sədri seçilib", - qurumdan bildirilib.

MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi. O, 2003-cü ildən bu quruma rəhbərlik edirdi.

İ.Səttarovun 1983-cü ildə doğulduğu və Bakı Dövlət Universitetini bitirdiyi bildirilir. Verilən məlumata görə, o, 2004-cü ildən 2010-cu ilədək Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.

O, 2011-ci ildən də yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 3 il sonra həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olub.

İ.Səfərov 2016-cı ildən isə ARB Media Qrupuna rəhbərlik edirdi.