Ukrayna separatçılar ilə məhbus mübadiləsinə razılaşır

Donbas, arxiv fotosu

Ukrayna ilə ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar pravoslav pasxası öncəsi daha bir məhbus mübadiləsinə razılaşıblar.

Üçtərəfli Kontakt Qrupundakı Rusiya və Ukrayna tərəfləri aprelin 8-də videokonfransdan sonra belə bir açıqlama veriblər.

Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin vebsaytında yerləşdirilmiş bəyanatda deyilir ki, aprelin 19-da pravoslav pasxasından gec olmayaraq “məhbusların qarşılıqlı buraxılması üzrə fundamental razılaşmalar əldə olunub”.

Rusiyanın qrupdakı elçisi Boris Gryzlov deyib ki, Kiyevlə Donbasdakı separatçılar “mübadilə üçün saxlanmış adamların siyahısını prinsipcə razılaşdırıblar”.

Hələlik, tərəflərin neçə məhbusu dəyişdirəcəyi bəlli deyil.

Sonuncu dəfə ötən ilin dekabrında 200 məhbus dəyiş-düyüş olunub.

İndiyədək Kiyevlə separatçılar arasında atəşkəs danışıqları döyüşlərin tamamilə dayandırılmasına nail olmayıb.

2014-cü ilin aprelindən başlanmış münaqişədə 13 min 200-dək insan həyatını itirib.