Əfqanıstanda intiharçı hücumunda azı 3 nəfər ölüb

Arxiv fotosu

Əfqanıstan paytaxtı ətrafındakı Kabil vilayətində intiharçı hücumunda 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisə aprelin 29-da baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü Tariq Arian intiharçının dinc sakinlər arasında partlayıcıları işə saldığını bildirir.

Məlumata görə, hücum Əfqanıstan təhlükəsizlik qüvvələrinə məxsus xüsusi əməliyyatlar obyekti yaxınlığında törədilib.

Ramazan ayında törədilən hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.

Bu hücum həm də koronovirus pandemiyasının yayıldığı bir dönəmə təsadüf edir. Bu arada ABŞ Taliban qruplaşması ilə Əfqanıstan hökuməti arasında sülh danışıqlarına vasitəçilik etməyə çalışır.