İsrail Suriyanın şimalındakı Hələb vilayətində tədqiqat mərkəzi və hərbi bazaya raket zərbələri endirib. Bu haqda Suriya dövlət mediası mayın 4-də məlumat yayıb. Bu, şübhəli İran hədəflərinə son 2 həftədə beşinci zərbədir.
Suriya ordusu İsrailin Hələbin şərqində hərbi barakları vurduğunu bildirir. Daha öncə dövlət mediası tədqiqat mərkəzinin hədəfə alındığını bildirmişdi.
Ordu müdafiə qüvvələrinin “düşmən raketlərinin qarşısını aldığını”, hazırda dəyən ziyanın dəyərləndirildiyini bildirib.
Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görəsə, şübhəli İsrail hərbi təyyarələri Suriyanın şərqinə, İraqla sərhədə İran qüvvələrinə və müttəfiq döyüşçülərə zərbələr endirib.
İsrail son illər Suriyada İran qüvvələrini, hökumətin mövqelərini, müttəfiq döyüşçüləri dəfələrlə vurub. Adətən belə əməliyyatlar haqda şərh verilmir.
Qərb və İsrail kəşfiyyatının bildirməsinə görə, İran qüvvələri və müttəfiq döyüşçülər Suriyanın şərqinə İraqla həmsərhəd səhradan istifadə edərək Suriya hökumətini və Hizballah Livan silahlı qruplaşmasını dəstəkləməyə döyüşçü və qabaqcıl silah sistemləri keçirir.
İran qüvvələri və müttəfiq döyüşçülər Hələb vilayətində Suriya Prezidenti Bashar Al-Assad-ı doqquz ildir davam edən vətəndaş müharibəsində dəstəkləyir.
Rusiya Dəməşqi dəstəkləyir, amma eyni zamanda İsraillə sıx təhlükəsizlik əlaqələri saxlayır deyə, adətən, İsrailin Suriyada İrana qarşı kölgə müharibəsini gözardı edir.