Xəstəxanada yanğında 5 koronavirus xəstəsi ölüb

Arxiv fotosu

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda xəstəxanada yanğın baş verib, beş koronavirus xəstəsinin öldüyü xəbər verilir.

Yerli rəsmilərin bildirməsinə görə, yanğına altıncı mərtəbədəki süni nəfəs aparatında nasazlığın səbəb olduğu güman edilir. Hadisə mayın 12-də səhər Müqəddəs Georgi Xəstəxanasında baş verib.

Beş xəstənin hamısı bir otaqda qalırmış. Şəhərin prokuroru Sergei Litvinenko deyib ki, binanın eyni mərtəbəsindən 150 xəstə evakuasiya olunub.

“Təsadüfən” insan ölümü üzrə təhqiqat başladıldığı bildirilir.

Müqəddəs Georgi Xəstəxanasında 579 çarpayı var, martın ortasından pnevmoniya və kəskin respirator infeksiyaya yoluxmuş xəstələr üçün müalicə mərkəzinə çevrilib.

Son 24 saat ərzində Rusiyada koronavirusa yeni yoluxma halları 10 min 899 nəfər artıb. Mayın 12-də təsdiqlənmiş yoluxma sayının 232 min 243 nəfər, ölü sayının isə 2 min 116 olduğu açıqlanıb.