Rusiyada beş il öncə yaydıqları toy fotolarına görə vətənə xəyanətdə ittiham olunan cütlüyün məhkəməsi başlanıb. İnternetdə yayılan fotolarda təhlükəsizlik əməkdaşının kimliyi üzə çıxıbmış.
Konstantin Antonets və Antonina Zimina 2018-ci ilin iyulunda Rusiyanın Qara Dənizdəki Kalininqrad eksklavında saxlanıblar.
Zimina-nın atası Konstantin Zimin mayın 14-də AzadAvropa/AzadlıqRadiosuna deyib ki, bir neçə gün qabaq Kalininqrad Regional Məhkəməsində bu iş üzrə qapalı hazırlıq iclası keçirilib.
O, qızı və kürəkəninə qarşı ittihamları rədd edib.
“Tam gizlilik şəraitində iki dinləmə keçirilib, ikincisində təqsirləndirilənlər və onların vəkilləri də iştirak etməyib. İndiki məqamda proses haqda informasiya yoxdur. Növbəti iclasın mayın 28-nə təyin olunduğunu bilirəm”, – Zimin söyləyib.
Buna da bax: Merkel Rusiyanı ‘cavab tədbiri’ ilə hədələyirZiminin dedikləri məhkəmə prosesinin başlaması haqda ilk informasiyadır. İlk dəfə fevralda “Kommersant” qəzeti bu haqda yazmışdı.
Onda Zimina-nın valideynləri AzadAvropa/AzadlıqRadiosu-na demişdilər ki, Federal Təhlükəsizlik Xidməti (FSB) onların qızı və kürəkənini Latviyada kəşfiyyat agentliyinə Kalininqrad FSB əməkdaşı barədə informasiya ötürməkdə şübhəli bilir.
Denisenko iş yeri barədə özü danışıb
Onların sözlərinə görə, cütlüyün 2015-ci ilin aprelində keçirilən toy mərasimində FSB-nin əks-kəşfiyyat zabiti Maksim Denisenko da iştirak edib. O, qızlarının dostu və keçmiş universitet yoldaşıdır.
Buna da bax: Rusiya ABŞ-ın İran embarqosunu uzatmaq cəhdinin qarşısını alacağını deyirDenisenko toyda iş yeri barədə açıq danışıb, “gərəkərsə kömək” təklif edib, vizit kartlarını paylayıb, qonaqlarla şəkil çəkdirib, Zimina-nın valideynləri belə deyir.
Valideynlərin sözlərinə görə, qızlarının Latviya və Litvadan gəlmiş dostları da toyda olub.
“Kommersant” fevralda yazırdı ki, toydan bəzi video və fotolar sosial mediada peyda olub, sonucda Baltik televiziyalarından birinin proqramına salınıb. FSB bundan sonra cinayət istintaqına başlayıb.
Rusiyanın hərbi və kəşfiyyat agentlikləri sosial mediada yayılan kontentdən getdikcə daha çox narahat olurlar. Əsgərlərin, zabitlərin, təhlükəsizlik əməkdaşlarının Facebook-da, VK-da yaydıqların kontentin hətta hərbi hərəkətlərin aşkarıanmasında roluna diqqət edirlər.
Prezident Vladimir Putin ötən həftə imzaladığı sərəncamla silahlı qüvvələrin üzvlərinə iş başında ikən smartfon, tablet, informasiya saxlayan digər cihazlar gəzdirməyi qadağan edib.