Ermənistanda fövqəladə vəziyyət uzadıldı

Hökumətin iclası

Ermənistan hökuməti koronavirus pandemiyasına görə fövqəladə vəziyyəti iyunun 13-dək uzadıb.

Hökumət mayın 14-də çıxardığı qərarı belə izah edib ki, “fövqəladə vəziyyətin elanına səbəb olmuş şərait aradan qalxmayıb”.

Ermənistanda indiyədək 3 min 860 təsdiqlənmiş yoluxma, 49 ölüm halı qeydə alınıb.

Amma qərara baxmayaraq, mayın 18-dən məktəbəqədər hazırlıq kursları, ticarət mərkəzləri, gimnaziyalar açılacaq, ictimai nəqliyyat işini bərpa edəcək. Bunu Baş nazirin müavini Tigran Avinian parlamentdə deyib.

Mayın 25-dən bütün ictimai məkanlar maska geyilməsi məcburi olacaq.

Mayın əvvəlindən iqtisadiyyatın bir çox sektorları işini bərpa edib. Baş nazir Nikol Pashinian mayın 14-də hökumətin iclasında deyib ki, pandemiyanın yayılması sürətlənərsə, ölkənin səhiyyə sisteminə təhdid yaradarsa, karantin qaydaları yenidən tətbiq oluna bilər.