Taliban hücumunda 7 nəfər öldürülüb

Arxiv fotosu

Taliban silahlı qruplaşması Əfqanıstanın şərqində kəşfiyyat bazasına avtomobilə qoyulmuş bomba hücumu təşkil edib, azı 7 nəfər həlak olub, onlarla yaralı var. Hadisə mayın 18-də baş verib.

Hücuma görə məsuliyyəti götürən Taliban bildirib ki, insident nəticəsində “onlarla” xüsusi xidmət əməkdaşlı öldürülüb, yaxud yaralanıb.

Yerli rəsmi 7 nəfərin öldürüldüyünü, azı 40 nəfərin yaralandığını deyib. Ölənlərin çoxu kəşfiyyat əməkdaşlarıdır.

Yaralıların bir neçəsi ağır vəziyyətdədir.

Bir gün öncə isə Prezident Ashraf Gjani siyasi rəqibi Abdullah Abdullah ilə hakimiyyətin bölüşdürülməsi üzrə razılaşma əldə edib. Sazişin Kabilin Talibanla birbaşa danışıqlarına əngəli aradan qaldıracağı bildirilir.