Azərbaycan ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb. Bu barədə bugün, mayın 18-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı imkanları yoxlanılacaq. Nazirlik qeyd edib ki, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank, digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, 30-dək ordu, cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Təlimlər mayın 22-dək davam etməlidir.