Mayın 23-dən Gürcüstanda sürücülərə icazə verilir ki, avtomobildə ikindən artıq sərnişin aparsınlar. Koronavirus pandemiyasına görə belə bir qadağa qoyulmuşdu.
Baş nazir Giorgi Gakharia mayın 22-də deyib ki, bir sürücü və maksimum iki sərnişin tələbi yalnız taksilər üçün qüvvədə qalır.
Gakharia daha öncə elan edib ki, komendant saatı daxil olmaqla fövqəladə vəziyyət ölkədə “əlverişli epidemioloji vəziyyətə” görə mayın 22-dən sonra uzadılmayacaq. Ancaq o, qadağaların tədricən qaldırılacağını söyləyib.
Mayın 21-də parlamentin birinci oxunuşda qəbul etdiyi qanun layihəsi hökumətə fövqəladə vəziyyət elan etmədən sanitariya qadağaları tətbiq etmək səlahiyyəti verir.
Səhiyyə orqanları ölkədə indiyədək 724 təsdiqlənmiş yoluxma qeydə alındığını bildirir, onlardan 12-si vəfat edib.