Kosovoda yeni hökumət təsdiqləndi

Avdullah Hoti mətbuat konfransında

Kosovoda deputatlar aylardır davam edən siyasi qarışıqlığa son qoyaraq Avdullah Hoti-nin başçılıq etdiyi yeni hökuməti təsdiqləyiblər.

İyunun 3-də keçirilən səsvermədə 61 deputat yeni administrasiyanın lehinə səs verib, 21 nəfər əleyhinə çıxıb, bir deputat səsverməyə qatılmayıb.

Keçmiş baş nazir Albin Kurti-nin sol-millətçi Vetevendosje (Öz müqəddəratını təyinetmə) partiyası səs verməyib. Bu partiya erkən parlament seçkisi keçirməyə çağırırdı.

Hökumətə Hoti-nin sağ-mərkəzçi LDK partiyası başçılıq edəcək.

44 yaşlı iqtisadiyyat professoru Hoti baş nazir postuna təsdiqlənib.