ABŞ-da polisin əlində vəfat etmiş afroamerikalı George Floyd-la vida mərasimi iyunun 8-də Texasın Hyuston şəhərində keçiriləcək. Onun ölümü bütün dünyada irqçiliyə qarşı etirazlara səbəb olub.
Floyd-un cəsədi iyunun 7-də doğma Hyuston şəhərinə aparılıb.
Onunla altı saatlıq vida mərasimi təşkil olunacaq, iyunun 9-da torpağa tapşırılacaq.
Keçmiş vitse-prezident, Demokrat Partiyasından prezidentliyə namizəd olacağı gözlənən Joe Biden Hyustona gedərək Floyd-un ailəsi ilə görüşməyi, başsağlığı verməyi planlaşdırır.
Floyd mayın 25-də vəfat edib. İnternetdə yayılmış videoda Minneapolis şəhərində ağdərili polis əməkdaşının dizini onun boynuna sıxdığı görünür, 46 yaşlı Floyd isə nəfəs ala bilmədiyini deyir.
Bu hadisə Birləşmiş Ştatlarda və dünyanın başqa yerlərində irqçiliyə qarşı etirazlara səbəb olub, həminin polisin afroamerikalılarla rəftarını yenidən diqqət mərkəzinə gətirib.
Dizini Floyd-un boynuna sıxmış polis əməkdaşı Derek Chauvin iyunun 8-də Minneapolisdə məhkəmə qarşısına çıxarılacaq.